Bank Of Baku

İsveçrə şirkəti Kiyevə 20-yə yaxın minatəmizləmə maşını tədarük edəcək

İsveçrə şirkəti Kiyevə 20-yə yaxın minatəmizləmə maşını tədarük edəcək
# 08 may 2023 17:04 (UTC +04:00)

İsveçrənin “Global Clearance Solutions AG “ şirkəti Kiyevə 20-yə yaxın minatəmizləmə maşını tədarük edəcək.

APA xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin nümayəndəsi jurnalistlərə bildirib.

Qeyd olunub ki, “Global Clearance Solutions AG “ İsveçrə şirkətidir, lakin istehsal müəssisələri ölkədən kənarda, Almaniyada yerləşir.

Həmçinin əlavə olunub ki, müqavilənin şərtlərinə əsasən, bu il ərzində 20-yə yaxın minatəmizləmə maşını Ukraynaya veriləcək.

“İsveçrə hökuməti bu sövdələşmədə iştirak etmir”, - şirkət rəsmisi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR