Bank Of Baku

İtaliya “Şimal axını”nın partladılmasında şübhəli bilinən ukraynalını Almaniyaya ekstradisiya edib

İtaliya “Şimal axını”nın partladılmasında şübhəli bilinən ukraynalını Almaniyaya ekstradisiya edib
# 28 noyabr 2025 00:24 (UTC +04:00)

İtaliya “Şimal axını” qaz kəmərinin partladılmasında şübhəli bilinən ukraynalını Almaniyaya ekstradisiya edib.

APA xəbər verir ki, məlumatı Almaniya Baş Prokurorluğu RBK-ya təsdiqləyib.

Qurumun açıqlamasına görə, şübhəli şəxs bu gün İtaliyadan Almaniyaya gətirilib. Sabah o, Karlsrue şəhərində Federal Məhkəmənin istintaq hakimi qarşısına çıxarılacaq.

Baş Prokurorluq əlavə edib ki, istintaqın məxfiliyi səbəbindən hazırda əlavə məlumat açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR