İtaliya Xarici İşlər Nazirliyi Kahramanmaraş mərkəzli “əsrin fəlakəti” zəlzələsi ilə əlaqədar Türk Qızıl Aypara Cəmiyyətinin fövqəladə fəaliyyətlərini dəstəkləmək üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına maliyyə yardımı etdiyini açıqlayıb.
APA xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyinin açıqlamasında belə bildirilib: “Fevralın 6-da Türkiyə və Suriyada baş verən, minlərlə insanın öldüyü və yaralandığı, infrastruktur və binaların zədələnməsi və dağılması ilə nəticələnən şiddətli zəlzələnin nəticələrinin aradan qaldırılması üçün baş nazirin müavini və Xarici İşlər Naziri Antonio Tajaninin təklifi ilə "Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına ümumilikdə 1 milyon 750 min avro yardım edilib”.
Açıqlamada, sözügedən yardımın 1 milyonunun Türk Qızıl Aypara Cəmiyyətinin fəaliyyətlərinə, 750 mininin isə Suriya Qızıl Aypara Cəmiyyətinə ayrıldığı bildirilib.
Aləmdə Nəsib