Bank Of Baku

İtaliya Ukraynaya hərbi yardım haqqında fərmanı təxirə salıb

Ukrayna Prezidenti Volodimir Zelenskir və İtaliyanın Baş naziri Cocia Meloni

© APA | Ukrayna Prezidenti Volodimir Zelenskir və İtaliyanın Baş naziri Cocia Meloni

# 03 dekabr 2025 12:42 (UTC +04:00)

İtaliya hökuməti Ukraynaya hərbi yardımın 2026-cı ildə də davam etdirilməsinə imkan verəcək fərmanı qəbul etməyi təxirə sala bilər.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin mənbələri bildiriblər ki, hökumət daxilində yaranan gərginlik fonunda İtaliya hökuməti Ukraynaya hərbi texnika tədarükünü davam etdirməyə imkan verəcək fərmanı təsdiqləməyi təxirə sala bilər.

Baş nazir Ciorcia Meloni Ukraynaya Rusiya təcavüzünə qarşı dəstəyin sonadək davam edəcəyini vəd etsə də, Baş nazirini müavini Matteo Salvini bu dəstəyin davam etdirilməsinin məqsədəuyğunluğunu şübhə altına alıb.

Mənbələr bildirirlər ki, fərman bu gün hökumət iclasına hazırlıq çərçivəsində gündəlikdə nəzərdə tutulub, lakin gündəlikdəki məsələlər çox olduğundan məsələ iclasa daxil edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR