İtaliyada daun sindromlu sərnişinləri daşıyan mikroavtobus yük maşınına çırpılıb.
APA TASS-a istinadən xəbər verir ki, mikroavtobusda olan 7 nəfərdən yalnız bir sərnişin sağ qalıb.
Ödəniş məntəqəsinin qarşısında sərnişin daşıyan avtomobil arxadan qoşqusu olan yük maşınına çırpılıb.
Avtobusda olan 6 nəfər, o cümlədən sürücü və onu müşayiət edən 63 yaşlı şəxs, təqaüdə çıxdıqdan sonra könüllü işə başlayan Riçyon şəhərinin keçmiş meri hadisə yerində ölüb.
Digər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qəzanın hansı şəraitdə baş verməsi araşdırılır.