Paşha Bank
Bank Of Baku

Fon der Lyayen: Hörmüz boğazının bağlanması Aİ üçün yanacaq idxalını bahalaşdırıb

Fon der Lyayen: Hörmüz boğazının bağlanması Aİ üçün yanacaq idxalını bahalaşdırıb
# 03 noyabr 2026 23:54 (UTC +04:00)

“Hörmüz boğazının bağlanması səbəbilə Avropa İttifaqının (Aİ) idxal etdiyi qalıq yanacağa çəkdiyi xərclər əlavə olaraq 127 milyard avro artıb”.

APA xəbər verir ki, bunu Brüsseldə startaplara həsr olunmuş “WinWin” sammitində çıxışı zamanı Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib.

“İdxal olunan qalıq yanacaq Avropaya əlavə 127 milyard avroya başa gəlib. Lakin bunun müqabilində bir vahid də artıq enerji əldə edilməyib. Bu məbləğ yalnız Hörmüz boğazının bağlanması ilə əlaqədardır”, – Aİ lideri əlavə edib.

O həmçinin bildirib ki, neft və qaz idxalı zamanı Avropa bu resursların qiymətindəki kəskin dəyişiklikləri və beynəlxalq böhranların təsirlərini də öz üzərinə götürmək riski ilə üzləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR