Polşa Prezidenti Karol Navrotski Konstitusiya Məhkəməsi ətrafında yaranmış vəziyyətlə əlaqədar Baş nazir Donald Tusku ciddi konstitusiya böhranı yaratmaqda ittiham edib.
APA xəbər verir ki, Navrotski bu barədə Milli Təhlükəsizlik Şurasının iclasında danışıb.
“Baş nazir Donald Tuskun rəhbərlik etdiyi hökumətin ötən cümə günü atdığı addımlar bu gün görünməmiş şəraitdə, ciddi konstitusiya böhranı ilə üz-üzə qalmağımıza səbəb olub”, – Navrotski bildirib.
Prezident baş nazirə müraciət edərək “Cənab baş nazir, bu, təkcə konstitusiyaya qarşı cinayət deyil, həm də səhvdir”, - deyə əlavə edib.