Bank Of Baku

İtaliyada daşqınlar 400 min ton taxılı məhv edib

İtaliyada daşqınlar 400 min ton taxılı məhv edib
# 21 may 2023 06:03 (UTC +04:00)

İtaliyanın şimalındakı Emilia-Romanya əyalətində baş verən daşqınlar 400 min ton taxılın məhvinə səbəb olub.

APA xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı İstehsalçıları Assosiasiyası məlumat yayıb. "Beynəlxalq qeyri-sabitlik şəraitində milli təchizat təhlükə altında ola bilər" - deyə assosiasiya bildirir.

Assosiasiya qeyd edir ki, Emilia-Romanya taxıl istehsalı sahəsində ölkənin aparıcı kənd təsərrüfatı regionudur və daşqınların zədələnməsi təkcə texnikanın, əmlakın itməsi və əkin sahələrinə ziyan vurmaqla yanaşı, meyvə təsərrüfatlarına da uzunmüddətli ziyan vurması ilə nəticələnəcək. Selin fəsadları beş il təsir edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR