İtaliyanın Peskara şəhərində meşə yanğınlarında 5 nəfər xəsarət alıb

İtaliyanın Peskara şəhərində meşə yanğınlarında 5 nəfər xəsarət alıb
# 02 avqust 2021 02:27 (UTC +04:00)

İtaliyanın Peskara şəhərində meşə massivində baş vermiş yanğın nəticəsində aralarında 5 yaşlı bir qız olmaqla ümumilikdə 5 nəfər xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə “Repubblica” qəzeti məlumat yayıb.

Yanğınsöndürmə xidmətindən verilən məlumata görə, yanğının söndürülməsində quru qrupları ilə yanaşı iki helikopter və bir təyyarə də iştirak edir. Vəziyyət hazırda nəzarət altındadır. 100-dən çox insan öz evlərindən təxliyə edilib. Bazar günü müşahidə olunan yanğın Adriatik dənizi sahillərindəki çimərliklərə çatıb. Həftə sonunu burada keçirməyə gələnlər buradan təlaş içində qaçıblar.

Vilayətin rəhbəri Abrusso Marko Marsilio Peskara şəhərinə gəlib. Bölgə rəhbərliyi xilasedici bölmələri və texnika üçün paytaxt Romaya müraciət edib.

Qeyd edək ki, cümə və şənbə günləri Siciliyada böyük meşə yanğınları baş verib. Kataniya hava limanı yanğınsöndürənləri qəbul etmək üçün fəaliyyətini dayandırıb. Şəhərdə xilasedicilər yanğın və tüstüdən çimərliyə sığınan 150 nəfəri dəniz yolu ilə təxliyə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR