Bank Of Baku

İzmirdə zavodda baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB-3

İzmirdə zavodda baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB-3
# 09 noyabr 2026 21:05 (UTC +04:00)

Türkiyənin İzmir vilayətində metallurgiya zavodunda baş verən partlayış nəticəsində həyatını itirənlərin sayı 16 nəfərə yüksəlib.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

“İzmir vilayətinin Aliağa rayonunda metallurgiya zavodunda baş verən partlayış nəticəsində 16 nəfər həyatını itirib, 13 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır”, – Ərdoğan deyib.

Türkiyə Prezidenti hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

“Ölkəmizi dərindən kədərləndirən bu faciənin səbəbləri və başvermə şəraiti, eləcə də hadisədə təqsiri və məsuliyyəti olan şəxslər müəyyən ediləcək”, – dövlət başçısı vurğulayıb.



***
17:52

İzmirdə fabrikdə baş verən partlayış nəticəsində ölənlərin 10-a çatıb.

APA xəbər verir ki, bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib.

Partlayış nətivəsində 15 nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir. Dağıntılar altında qaldığı ehtimal edilən 4 nəfərin axtarışları aparılır.

***

15.48

İzmirdə fabrikdə baş verən partlayış nəticəsində ölənlərin sayı altıya çatıb.

APA xəbər verir ki, bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib.

Üçü ağır olmaqla 13 nəfər yaralanıb, dağıntılar altında qaldığı ehtimal edilən 8 nəfərin axtarışları aparılır.

Axtarış, xilasetmə tədbirləri davam etdirilir.

İlkin məlumatda partlayışda 3 nəfərin öldüyü,14 nəfərin yaralandığı, dağıntılar altında qaldığı ehtimal edilən 10 nəfərin axtarışlarının aparıldığı açıqlanmışdı.

***

15.10

İzmirdə fabrikdə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib.

Məlumata görə, partlayışda 14 nəfər yaralanıb. Dağıntılar altında qaldığı ehtimal edilən 10 nəfərin axtarışları davam etdirilir.

***

14.29

İzmirdə fabrikdə güclü partlayış baş verib.

“NTV”nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb.

Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb.

İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR