Bank Of Baku

Kallas: Avropa Qəzzadakı vəziyyəti dayandıra bilmir

Kallas: Avropa Qəzzadakı vəziyyəti dayandıra bilmir
# 11 sentyabr 2025 11:23 (UTC +04:00)

Qəzza zolağında baş verənləri dayandırmaq Avropa üçün mümkün deyil, çünki ABŞ İsraili açıq şəkildə dəstəkləyir.

APA EFE-yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.

Onun sözlərinə görə, Aİ fələstinlilərin hüquqlarının müdafiəsində beynəlxalq arenada fəal oyunçuya çevrilib. Lakin bu, kifayət deyil: “Gərgin vəziyyət davam edir və biz onu dayandıra bilmirik. Çünki bildiyiniz kimi, ABŞ İsrail hökumətini və onun addımlarını qətiyyətlə dəstəkləyir”.

Aİ rəsmisi qeyd edib ki, münaqişənin dayandırılması üçün özünün əvvəlki ali nümayəndə Cozep Borreldən daha çox iş gördüyünə inanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR