Bank Of Baku

Kallas: Rusiya Ukraynaya təzminat ödəməsə, dondurulmuş aktivlərini geri ala bilməz

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas

© APA | Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas

# 30 avqust 2025 10:29 (UTC +04:00)

Rusiya Ukraynaya kompensasiya ödəməsə, dondurulmuş aktivlərini geri ala bilməyəcək.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Biz təsəvvür edə bilmirik ki, atəşkəs və ya sülh razılaşmasından sonra Rusiya Ukraynaya təzminat ödəmədən dondurulmuş aktivlərini geri ala bilsin”, - Kallas bildirib.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya məxsus təxminən 210 milyard avro dəyərində aktivi dondurub.

Polşa və Baltikyanı ölkələr də daxil olmaqla, bəzi dövlətlər Avropa İttifaqını bu aktivləri müsadirə etməyə və Ukraynaya yardım üçün istifadə etməyə çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR