Bank Of Baku

Kanada Ukraynaya 47 milyon dollarlıq növbəti yardım paketini elan edib

Kanada Ukraynaya 47 milyon dollarlıq növbəti yardım paketini elan edib
# 18 oktyabr 2024 13:13 (UTC +04:00)

Kanada Ukraynaya 47 milyon ABŞ dolları həcmində silah-sursat göndərəcək.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bunu Kanadanın müdafiə naziri Bill Bler açıqlayıb.

O deyib ki, hökumətin iyulda Ukraynaya ayırdığı 500 milyon dollar vəsaitin hesabına maliyyələşdiriləcək hərbi yardım paketinə silah-sursat və sirehli vasitələr daxildir. Kanadalı nazirin sözlərinə görə, rəsmi Ottavanın əsas məqsədi müharibədə Ukraynanın qələbəsini təmin etməkdən ibarətdir.

Qeyd edək ki, ötən ay Kanada 80 min 840 ədəd “hava-yer” tipli raket, eləcə də 1300 ədəd döyüş başlığı veriləcəyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR