Bank Of Baku

Karol Navrotski: ABŞ Polşaya əlavə təhlükəsizlik təminatları verməyə hazırdır

Polşa prezidenti Karol Navrotski

© APA | Polşa prezidenti Karol Navrotski

# 04 sentyabr 2025 04:28 (UTC +04:00)

ABŞ Polşaya təhlükəsizlik təminatlarını genişləndirməyə, o cümlədən ölkədəki Amerika hərbi kontingentini artırmağa hazırdır.

APA "TVP Info"ya istinadən xəbər verir ki, bunu Polşa prezidenti Karol Navrotski Ağ Evdə ABŞ lideri Donald Trampla danışıqlardan sonra jurnalistlərə açıqlayıb.

“Təhlükəsizlik təminatları ilə bağlı məsələ həm açıq görüşdə, həm də nümayəndə heyətlərinin tam tərkibdə iştirak etdiyi iclasda səsləndirildi”, – deyə Polşa dövlət başçısı vurğulayıb.

Navrotski əlavə tədbirlərin nədən ibarət olacağını açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR