Bank Of Baku

Kavelaşvili: Gürcüstan hökuməti Aİ-yə üzvlükdən heç vaxt imtina etməyib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili

© APA | Gürcüstan Prezidenti Mixeil Kavelaşvili

# 03 dekabr 2025 10:08 (UTC +04:00)

"Gürcüstan hökuməti Avropa İttifaqına üzvlükdən heç vaxt imtina etməyib".

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili "Deutsche Welle" nəşrinə müsahibəsində bildirib.

O qeyd edib ki, Avropa İttifaqının bayraqları hakim "Gürcü Arzusu" partiyasının bütün əsas toplantılarında çox istifadə olunurdu.

"Təəssüflər ki, bu gün dəstək azalır. Əgər Gürcüstan əhalisinin 80 faizi Aİ-yə üzvlüyü, 60 faizi isə "Gürcü Arzusu"nu dəstəkləyirsə, bu nə deməkdir? Məlum olur ki, əhalinin əksəriyyəti eyni zamanda həm Aİ-yə üzvlüyü, həm də "Gürcü Arzusu"nu dəstəkləyir. Bu iki fakt arasında fərq nədir?", - Kavelaşvili əlavə edib.

Dövlət başçısı Gürcüstanın Aİ-yə üzvlüyə 2030-cu ilədək hazır olacağını vurğulayıb:

"Lakin biz hazırda Avropa İttifaqının mövqeyinin dəyişəcəyini bilmirik. Onlar ikili standartlara əsaslanırlar. Əsas dialoqdur, lakin Avropa İttifaqı Gürcüstanla dialoqa getmir. Onlar bəzən hökuməti tanıyırlar, bəzən isə tanımırlar və bu absurddur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR