Bank Of Baku

KİV: Abramoviç və Ukrayna nümayəndə heyətinin üzvləri zəhərlənmə əlamətləri ilə üzləşib

Roman Abramoviç

© APA | Roman Abramoviç

# 28 mart 2022 20:04 (UTC +04:00)

Rusiyalı oliqarx Roman Abramoviç və sülh danışıqlarında iştirak edən Ukrayna nümayəndə heyətinin üzvləri bu ayın əvvəlində Kiyevdə keçirilən görüşdən sonra şübhəli kimyəvi zəhərlənmə əlamətləri ilə üzləşiblər.

APA xəbər verir ki, bu barədə "Wall Street" jurnalı məlumat yayıb.

Bildirilib ki, martın 3-də Ukraynanın paytaxtında keçirilən görüşdən sonra Abramoviç, eləcə də Ukrayna komandasının ən azı iki yüksək vəzifəli üzvü gözlərində qızarma, ağrı və sulanma, üz və əllərində dərinin soyulması kimi simptomlarla üzləşiblər.

Ertəsi gün, martın 4-də danışıqlarda iştirak edən qrup Rusiya tərəfi ilə qeyri-rəsmi danışıqları davam etdirmək üçün Kiyevdən Lvova, ordan Polşaya, daha sonra İstanbula yola düşüb.

"Bellingcat" da zəhərlənmə faktını təsdiqləyib. Bildirilib ki, kimyəvi silah mütəxəssisləri tərəfindən müayinənin keçirilməsi üçün müraciət olunub.

“Uzaqdan və yerində aparılan müayinələr əsasında ekspertlər belə qənaətə gəliblər ki, simptomlar çox güman, müəyyən edilməmiş kimyəvi silahla zəhərlənmənin nəticəsidir”, - “Bellingcat”ın məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR