Almaniya Avropa İttifaqının Rusiyaya qarşı sonuncu sanksiyalar paketinin razılaşdırılmasına imkan vermir.
APA-nın xəbərinə görə, bu barədə “DPA” Agentliyi məlumat yayıb.
Bildirilir ki, buna səbəb onların tələbini pozan xarici şirkətlər üçün ciddi məsuliyyət tədbirlərinin nəzərdə tutulmasıdır.
Rəsmi Berlinin razı olmadığı müddəalar arasında həmçinin Rusiyada emal olunan sıxılmış təbii qazın ixracı ilə bağlıdır. Hökumət bu bəndin məhdudiyyətlər sırasından çıxarılmasında israr edir.
Adı çəkilən ölkənin bu məsələdə Macarıstanla vahid mövqedən çıxış etməsi Avrozonada xoş qarşılanmır.
Qeyd edək ki, Almaniya tərəfi Rusiyaya yönələn sanksiyaların yumşaldılması təklifi ilə çıxış etsə də, bu məsələ hələ müzakirəyə çıxarılmayıb.