Almaniya hökuməti təqribən 80 hərbi proyektin həyata keçirilməsi üçün parlamentdən təsdiq istəyəcək.
APA xəbər verir ki, bu barədə “Reuters” əldə etdiyi sənədə əsasən məlumat yayıb.
Belə ki, Almaniyanın alacağı silahlara “Eurofighter” qırıcıları, “Patriot” sistemləri və IRIS-T SLM raketləri də daxildir.
Sənəddə hansı hərbi məhsuldan nə qədər alınacağı öz əksini tapmayıb.