Böyük Britaniyadakı 20-yə yaxın ukraynalı hərbçi dördüncü nəsil F-16 qırıcılarından istifadə üzrə təlimin birinci mərhələsinə başlayacaq.
APA xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı Britaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
"Bunlar ukraynalı pilotlar üçün əsas yerüstü təlimlər olacaq, bundan sonra onlar F-16 qırıcılarını (və ya digər hərbi təyyarələri) idarə etmək üçün daha xüsusi təlimlərə hazır olacaqlar", - mənbə bildirib. Təlimin nə vaxt başlayacağı barədə məlumat verilmir.