Böyük Britaniyanın Ukraynaya lazım olan silahları tükənib.
APA xəbər verir ki, bu barədə “The Daily Telegraph” yüksək rütbəli hərbçiyə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, Böyük Britaniya rəsmiləri hər zaman açıq şəkildə bəyanat yayaraq bildirirlər ki, dünyanın digər ölkələrində baş verən hadisələrdən asılı olmayaraq, Ukraynanı daim dəstəkləyəcəklər.
Həmçinin əlavə olunub ki, Ukraynaya lazımi hərbi dəstək göstərmək üçün Britaniya ordusunun imkanları tükənib.
Mənbə qeyd edib ki, Ukraynanı müxtəlif avadanlıqlarla təmin edəcəklər, lakin indi ukraynalıların hava hücumundan müdafiə sistemlərinə və artilleriya sursatlarına ehtiyacı var və Britaniyada bu silah-sursat artıq tükənib.