Bank Of Baku

KİV: Fon der Lyayen Kallasla münaqişəyə görə islahatlara başlayır

KİV: Fon der Lyayen Kallasla münaqişəyə görə islahatlara başlayır
# 14 iyun 2026 12:35 (UTC +04:00)

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Fransanın Avropa Xarici Fəaliyyət Xidmətində islahat aparılması ilə bağlı təklif irəli sürür.

Bu barədə Euronews Brüsseldəki mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Avropa diplomatik dairələrinin bir çox nümayəndəsi xarici siyasət qurumunda islahatlarla bağlı yaranan qalmaqalın, böyük ehtimalla, "qurumdaxili çəkişmələrdən" qaynaqlandığını düşünür.

İddia edilir ki, Fon der Lyayenin siyasəti Avropa İttifaqının diplomatiyasının rəhbəri Kaja Kallasın mövqeyini zəiflədir.

Təklif olunan islahatın əslində Avropa Xarici Fəaliyyət Xidmətinin hazırkı rəhbərinin səlahiyyətlərinin azaldılmasına gətirib çıxara biləcəyi ilə bağlı ehtimallar kifayət qədər inandırıcı görünür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR