KİV: ️Fransa hərbi birləşmələrinin Ukrayna sərhədini keçməsinə dair plan hazırlayır

KİV: ️Fransa hərbi birləşmələrinin Ukrayna sərhədini keçməsinə dair plan hazırlayır
# 01 mart 2024 20:33 (UTC +04:00)

️Fransa hökuməti xüsusi təyinatlılar və digər hərbi birləşmələrinin Ukrayna sərhədini keçməsinə icazə vermək barədə plan hazırlayır.

APA xəbər verir ki, bu barədə "Le Monde" nəşri mənbələrə istinadən yayıb.

Rəsmi Paris öz ordusunun Ukraynada olmasını inkar edir. Nəşrə görə, Ukrayna sərhədini keçmək üçün mümkün icazə Rusiya üçün “strateji dilemma” yaratmaq vasitəsi kimi qiymətləndirilir.

Nəşrin fikrincə, Fransanın hərbi mövcudluğu “Ukraynanın bəzi ərazilərini qoruya” və Rusiyanın hücumlarını məhdudlaşdıra bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR