Bank Of Baku

KİV: Makron Putinlə bir gündə iki dəfə telefonla danışıb

Emmanuel Makron və Vladimir Putin

© APA | Emmanuel Makron və Vladimir Putin

# 21 fevral 2022 05:10 (UTC +04:00)

Fransanın BFMTV telekanalı Emmanuel Makronun bazar günü Rusiya lideri Vladimir Putinlə ikinci dəfə telefon danışığı apardığını iddia edib.

"Emmanuel Makron bazar günü yenidən Vladimir Putinlə telefonla danışıb", - deyə telekanal bildirib.

Söhbətin bir saat davam etdiyi qeyd edilir.

Bazar günü günortadan sonra Makron və Putin arasında başqa bir telefon danışığı da olub. Fransa mətbuatının məlumatına görə, söhbət 1 saat 45 dəqiqə davam edib. Fransa və Rusiya Prezidentləri telefon danışığı zamanı Ukrayna üzrə üçtərəfli işçi qrupunun yaxın saatlarda görüşünün təşkili üzərində işləmək barədə razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR