Bank Of Baku

KİV: Makronun Zelenski ilə danışıqları yarım saat davam edib - YENİLƏNİB

Vladimir Zelenski  və Emmanuel Makron

© APA | Vladimir Zelenski və Emmanuel Makron

# 20 fevral 2022 18:28 (UTC +04:00)

Fransa prezidenti Emmanuel Makron və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı təxminən yarım saat davam edib.

APA bildirir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb.

Məlumatda söhbətin təfərrüatları verilmir. Söhbət Makronun Rusiya prezidenti Vladimir Putinlə danışıqlarından sonra baş tutub.

Xəbər verdiyimiz kimi, “AFP” agentliyinin məlumatına görə, Fransa və Rusiya Federasiyasının liderləri 1 saat 45 dəqiqə danışıblar.

***

17:55

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə söhbətindən sonra Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlar aparır.

APA bildirir ki, bu barədə bazar günü “AFP” agentliyi Yelisey sarayına istinadən xəbər verir.

Məlumatda qeyd edilir ki, Emmanuel Makronun Vladimir Putinlə telefon danışıqları 1 saat 45 dəqiqə davam edib:

“İndi respublika prezidenti prezident Zelenski ilə telefonla danışır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR