Türkiyənin özəl silah şirkəti Canik Ukraynaya 600-dən çox ağır pulemyot göndərib, gələcəkdə daha çox silah tədarük ediləcək.
APA xəbər verir ki, bu barədə Britaniyanın "Middle East Eye" saytı mənbələrə istinadən yazır.
"Məlumdur ki, Ankara ötən il müharibənin əvvəlindən Kiyevi pilotsuz uçuş aparatları, lazerlə idarə olunan raketlər, qoruyucu vasitələr və zirehli texnika ilə təchiz edib. Ancaq bu yaxınlarda həm quru qoşunları, həm də zirehli maşınların bir hissəsi olaraq istifadə edilə bilən ağır "Canik m2" pulemyotlarını göndərməyə başladı deyilib.
Bir mənbə mart ayında "Canik" ilə bir neçə müqavilənin imzalandığını söyləyir. İkincinin sözlərinə görə, artıq Ukraynaya hərbi və kəşfiyyat da daxil olmaqla bir sıra xidmətlər üçün 600-dən çox silah verilib.