Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası zamanı ölənlərin sayı 18 nəfərə, yaralı sayı isə 26 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ölənlərdən üçünün uşaq olduğu bildirilib.
***
12:18
Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası zamanı 16 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
APA xəbər verir ki, Ukrayna polisinin yaydığı məlumata görə, ölənlərdən ikisinin uşaq olduğu bildirilib.
Helikopterdə 9 nəfər olub. Ölənlər arasında daxili işlər naziri, onun birinci müavini və DİN-in dövlət katibi də var.
***
11:59
Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzasında 3 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə “Unian” yerli polis bölməsinə istinadən xəbər verir.
Hadisə zamanı 5 nəfərin yaralandığı əlavə olunub.
***
11:20
Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası olub.
APA xəbər verir ki, Kiyev polisinin rəsmi nümayəndəsi İrina Pryanişnikovaya helikopterin uşaq bağçasının yaxınlığında qəzaya uğraması zamanı 5 nəfərin öldüyünü bildirib.
O, hadisə zamanı yaralıların da olduğunu əlavə edib.
***
11:13
Kiyev vilayətinin Brovarı şəhərində partlayış baş verib.
APA "Kyiv Post"a istinadən xəbər verir ki, hadisəni Kiyev polisinin sözçüsü təsdiqləyib.
Onun sözlərinə görə, şəhərdəki uşaq bağçasının yaxınlığında partlayış helikopterin qəzaya uğraması nəticəsində baş verib.