Bank Of Baku

Kobaxidze: Gürcüstan Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanla danışıqlar aparacaq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

© APA | Gürcüstanın Baş naziri İrakli Kobaxidze

# 02 dekabr 2025 13:01 (UTC +04:00)

Cənub Qaz Dəhlizi ilə bağlı saziş gələn ilin sonuna qədər qüvvədədir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

O, Gürcüstanın Azərbaycan tərəfi ilə danışıqlar aparacağını qeyd edib.

“Dostluğumuzu nəzərə alaraq, əminəm ki, bu danışıqlar çox konstruktiv və səmimi şəkildə aparılacaq. Gəlin danışıqların nəticələrini gözləyək. Nəticələr barədə öncədən danışmaq düzgün olmazdı. Biz məsləhətləşmələri səmimi şəkildə aparacağıq və ümid edirik ki, iki ölkə arasında müvafiq razılaşma əldə olunacaq”, - Kobaxidze əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR