Bank Of Baku

Komitə sədri: Gürcüstan, Azərbaycan və Ermənistan birgə cazibə mərkəzi yaratmaq potensialına malikdir

Gürcüstan parlamentinin İqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili

© APA | Gürcüstan parlamentinin İqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili

# 21 noyabr 2025 21:05 (UTC +04:00)

Gürcüstan, Azərbaycan və Ermənistan birlikdə uğurlu kiçik cazibə mərkəzi yaratmaq potensialına malikdir.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin İqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili Tbilisidə keçirilən İqtisadi Forumda çıxışı zamanı deyib.

O, Gürcüstanın maliyyə sisteminin sabit olduğunu qeyd edib.

“Gürcüstanın maliyyə sektoru dayanıqlı və dinamik şəkildə inkişaf edir. Gürcüstan Bankının Ermənistanda əhəmiyyətli bank aktivi əldə etməsi mühüm addım olub. Bu o deməkdir ki, bizim maliyyə sistemimiz stabildir, ona etibar edilir və regionda müəyyən cəlbedici mərkəzə çevrilir”, - Berekaşvili əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR