Bank Of Baku

Komitə sədri: Gürcüstan Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını alqışlayır

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze

© APA | Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze

# 20 noyabr 2025 15:01 (UTC +04:00)

Gürcüstan Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını yalnız alqışlayır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze “İmedi” telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazın üç ölkəsinin vahid mövqedən çıxış etməsi hər bir ölkənin maraqlarına xidmət edə bilər.

Samxaradze Cənubi Qafqazın potensial investorlar üçün vahid region kimi daha cəlbedici və maraqlı ola biləcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR