Bank Of Baku

Konstitusiya Məhkəməsinin Gürcüstan Prezidentinin impiçmenti məsələsinə baxacağı tarix məlum olub

Konstitusiya Məhkəməsinin Gürcüstan Prezidentinin impiçmenti məsələsinə baxacağı tarix məlum olub
# 25 sentyabr 2023 11:42 (UTC +04:00)

Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin impiçmenti işinə oktyabrın 3-də baxacaq.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə məhkəmənin bəyanatında bildirilib.

Qeyd olunub ki, Konstitusiya Məhkəməsi bu il sentyabrın 22-də hakim “Gürcü Arzusu” partiyasından olan 80 deputatın dəstəklədiyi, Prezidentinin konstitusiyanı pozması iddiası ilə hazırlanmış təqdimatın qəbul edib.

Qeyd olunub ki, 3 oktyabr 2023-cü ildə təqdimat müəlliflərinin və Gürcüstan Prezidentinin iştirakı ilə şifahi dinləmə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR