Bank Of Baku

Koşta: Ukrayna sülh planında həll olunmamış məsələlər var

Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta

© APA | Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta

# 24 noyabr 2025 16:59 (UTC +04:00)

Avropa İttifaqı Ukrayna prezidenti Volodimir Zelenskini ehtiyac duyduğu bütün dəstəklə təmin etməyə hazırdır.

APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Luandada keçirilən qeyri-rəsmi Aİ Liderləri görüşündən sonra çıxışında deyib.

Cenevrədə ABŞ, Ukrayna və Avropa nümayəndələri arasında dünən keçirilən görüş mühüm irəliləyişdir. Bəzi mühüm məsələlər həll olunmamış qalır, amma istiqamət müsbətdir. Avropa İttifaqına birbaşa aid olan mövzularda Aİ tam olaraq iştirak etməli və qərar qəbul etməlidir. Ukrayna Avropanı seçib və Avropa Ukraynanın yanında dayanacaq” , - Koşta bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR