Bank Of Baku

Noyabrın birinci yarısı üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb

Noyabrın birinci yarısı üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
# 17 noyabr 2026 14:45 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün noyabr ayının birinci yarısı üzrə ölkəmizdə dəfn üçün birdəfəlik müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətlər ödənilərək yekunlaşdırılıb.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, noyabrın 6-da Naxçıvan Muxtar Respublikası üzrə, noyabrın 13-də isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə bu ayın pensiyaları ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR