“Bu gün Ukraynada baş verənlər həm də regionun gələcəyi üçün vacibdir”.
APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bolqarıstanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Biz ukraynalılar yalnız özümüz üçün savaşmırıq, biz həm də Rusiyanın gələcəkdə sizin ölkələrinizə qarşı hücumlar etmək, sizin ölkələrinizdə faciələr törətmək cəhdlərinə qarşı savaşırıq”, - Ukrayna XİN başçısı vurğulayıb.
O, Rusiyanın Bolqarıstan tarixindəki rolunu bildiyini qeyd edib: “Rusiya hələ də tarixdə etdiklərinin insanların düşüncələrindəki duyğularına inanır. Lakin bu gün bizim üzləşdiyimiz Rusiya tamamilə fərqlidir. Bu Rusiya dağıdır, öldürür, işgəncə verir və təcavüz edir. Bu Rusiya rəğbət və anlayışı haqq etmir. Mən istəyirəm ki, hər kəs bunu başa düşsün”, - xarici işlər naziri Kuleba bildirib.