“Mən ümid edirəm ki, Konqres Amerika xalqının maraqlarına uyğun ən yaxşı həll yolunu tapacaq. Bu da indiki vəziyyətdə İsrailə və Ukraynaya dəstək verməkdir”.
APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Ukrayna -NATO Şurasının XİN rəhbərlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
“Bir daha vurğulamaq istəyirəm ki, Ukrayna heç vaxt ABŞ əsgərlərinin döyüş meydanında olmasını istəməyib. Bu, prinsip məsələsidir. Bu, bizi digərlərindən fərqləndirən əsas cəhətdir. Bizim razılaşmamız çox ədalətlidir: Siz bizə ehtiyacımız olan hər şeyi verirsiniz və biz savaşırıq. Biz sizdən öz insanlarınızı qurban verməyinizi istəmirik”, - nazir qeyd edib.