Ukrayna xarici işlər naziri Dmitri Kuleba bu gün Brüsseldə keçirilən Aİ Xarici İşlər Şurasının iclasında çıxış edib.
APA xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı "Twitter"də bildirib.
Onun sözlərinə görə, Aİ-nin Ali Nümayəndəsi Cozep Borrellin dəvəti ilə videoformatda qatıldığı iclasda Ukraynanın Aİ-yə üzvlüyü, hərbi yardım və tanklar, Rusiyaya qarşı sanksiyalar, həmçinin raket sənayesi və nüvə sahəsi ilə bağlı məsələlər barədə danışıb.
“2023-cü ildə Ukraynanın qələbəsini təmin etmək üçün bizə cəsur, qəti və cəsarətli addımlar lazımdır”, - Kuleba vurğulayıb.