Ukrayna ilə bağlı növbəti beynəlxalq konfrans münaqişəyə son qoymalıdır və Rusiya sammitə dəvət olunacaq.
APA “Strana.ua”-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib.
Onun sözlərinə görə, ideya ondan ibarətdir ki, növbəti konfransın müharibəni bitirməsi üçün qarşı tərəfin də danışıqlar masasında olması lazımdır.
Nazir deyib ki, gec-tez Moskva ilə danışmaq lazım gələcək. Kuleba onu da əlavə edib ki, Qərblə Qlobal Cənubun mövqeləri fərqlidir.