Kuleba: Ukraynaya dair ikinci konfrans sülhə gətirib çıxarmalıdır, Rusiya ora dəvət olunacaq

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba

© APA | Ukraynanın xarici işlər naziri Dmitro Kuleba

# 17 iyun 2024 01:24 (UTC +04:00)

Ukrayna ilə bağlı növbəti beynəlxalq konfrans münaqişəyə son qoymalıdır və Rusiya sammitə dəvət olunacaq.

APA “Strana.ua”-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib.

Onun sözlərinə görə, ideya ondan ibarətdir ki, növbəti konfransın müharibəni bitirməsi üçün qarşı tərəfin də danışıqlar masasında olması lazımdır.

Nazir deyib ki, gec-tez Moskva ilə danışmaq lazım gələcək. Kuleba onu da əlavə edib ki, Qərblə Qlobal Cənubun mövqeləri fərqlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR