Fransanın baş naziri vəzifəsindən istefa verən Sebastien Lekornyu prezident Emmanuel Makronun iki gün ərzində varisini təyin edəcəyini gözləyir.
APA xəbər verir ki, o, bu barədə “France 2” televiziyasında siyasi böhranın həlli yolları ilə bağlı partiya nümayəndələri ilə danışıqların nəticələrini şərh edərkən bildirib.
"Mövcud vəziyyət respublika prezidentinə 48 saat ərzində baş nazir təyin etməyə imkan verir", - Lekornyu bildirib.
Lekornyunun sözlərinə görə, Milli Assambleya (parlamentin aşağı palatası) üzvlərinin əksəriyyəti parlamentin buraxılmasına qarşıdır. Onlar bunun heç bir yerə aparmayacağını başa düşürlər.