Bank Of Baku

Litva prezidenti münaqişə zamanı Ukraynanın NATO-ya daxil olması ehtimalını istisna edib

Litva prezidenti münaqişə zamanı Ukraynanın NATO-ya daxil olması ehtimalını istisna edib
# 30 aprel 2023 12:20 (UTC +04:00)

Ukraynanın NATO-ya mümkün üzvlüyünün müzakirəsi alyansın iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitinin ən çətin mövzularından biri olacaq.

APA xəbər verir ki, bu barədə bazar günü İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Litva Prezidenti Gitanas Nauseda bildirib.

“Düzünü desəm, bu, Vilnüsdə həll olunası ən çətin məsələ olacaq. Litva iddialı bir gündəmə can atır, lakin bəzi ölkələr hələ də Ukrayna prezidenti Vladimir Zelenskiyə bu mövzuda güclü siqnallar göndərməkdə tərəddüd edir”, o deyib.

Nauseda Kiyevin münaqişə bitməmiş alyansa daxil olması ideyasını rədd edib:

“Çox çətin olardı. Biz bu haqda bilirik, ukraynalılar da bundan xəbərdardır”.

Litva prezidenti əlavə edib ki, biz praktiki mərhələyə keçməliyik, münaqişə başa çatdıqdan sonra necə hərəkət edəcəyimizin mərhələlərini və formullarını müəyyənləşdirməliyik.

O, sammitdə Ukraynanın üzvlüklə bağlı yol xəritəsinin müəyyən olunacağına ümid etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR