Litva hökuməti Ukraynaya hərbi dəstək çərçivəsində dəniz müşahidəsi üçün radiolokasiya stansiyaları göndərib.
APA Litva Milli Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Arvidas Anuşauskas bildirib.
Nazirin sözlərinə görə Ukrayna Hərbi Dəniz Qüvvələrinə təhvil verilmiş texnika Ukraynanın dənizdə müşahidə imkanlarını gücləndirəcək və vəziyyəti daha yaxşı analiz etməyə kömək edəcək.