Litva hələ Finlandiyadan nümunə götürmək və Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamaq üçün ilkin şərtlər görmür.
APA-nın məlumatına görə, bunu ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Aqne Bilotaite deyib.
Onun sözlərinə görə, Litvanın sərhədləri “hələ sakitdir” və vəziyyət dəyişərsə, ölkə hökuməti buna reaksiya verəcək.