Bank Of Baku

Liz Trass Britaniyanın yeni Baş naziri seçildikdən sonra ilk çıxışını edib

Liz Trass Britaniyanın yeni Baş naziri seçildikdən sonra ilk çıxışını edib
# 05 sentyabr 2022 15:50 (UTC +04:00)

Liz Trass Britaniyanın yeni Baş naziri seçildikdən sonra ilk çıxışını edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, o, Mühafizəkarlar Partiyasının lideri seçilməyinin şərəfli olduğunu söyləyib və bunu tarixdəki ən uzun iş müsahibələrindən biri kimi təsvir edib.

Liz Trass, həmçinin, keçmiş Baş nazir Boris Consona təşəkkür edərək onun Brexiti həyata keçirdiyini, koronavirus vaksinlərinin yayılmasında mühüm rol oynadığını və Vladimir Putinə qarşı durduğunu bildirib.

Yeni Baş nazir çıxışında COVID pandemiyasından sonra vergiləri azaltmaq və Britaniya iqtisadiyyatını gücləndirmək üçün cəsarətli plan təqdim edəcəyini bildirib.

O, əlavə edib ki, enerji böhranı və Milli Səhiyyə Xidməti ilə bağlı işlər görəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR