Bank Of Baku

Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib

Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib
# 05 iyun 2026 05:27 (UTC +04:00)

Macarıstanın yeni hökuməti, Viktor Orbanın dövründə əvvəlki hökumət tərəfindən tətbiq edilən qadağanı aradan qaldıraraq, Avropa Sülh Fondundan Ukraynaya hərbi yardım üçün istifadə etməyə razılıq verib.

APA xəbər verir ki, bu barədə “Nepszava” qəzeti məlumat yayıb.

Qəzet təxminən 6,6 milyard avro məbləğində bloklanmamış vəsaitin Ukrayna ordusu üçün hava hücumundan müdafiə sistemlərinin alınmasına istifadə olunacağını qeyd edib.

Qeyd edək ki, Macarıstan 2024-cü ildən bəri Avropa Sülh Fondundan Ukraynaya təxminən 6,6 milyard avroluq hərbi yardımın ayrılmasını bloklamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR