Bank Of Baku

Macarıstan Ukraynanın Aİ-yə sürətlə qəbuluna qarşı çıxır

Macarıstan Ukraynanın Aİ-yə sürətlə qəbuluna qarşı çıxır
# 25 avqust 2026 02:12 (UTC +04:00)

Macarıstan hökuməti Ukraynanın Avropa İttifaqına sürətlə qəbul edilməsinin əleyhinədir.

APA-nın məlumatına görə, Macarıstanın xarici işlər naziri Anita Orban bildirib ki, Ukraynanın Aİ-yə üzvlüyü yalnız ümumi meyarlar əsasında və ölkənin üzvlük danışıqları çərçivəsində əldə etdiyi nəticələr nəzərə alınmaqla qiymətləndirilməlidir.

“Biz hər hansı sürətləndirilmiş üzvlüyü dəstəkləmirik”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, Ukraynanın Aİ-yə qəbuluna dair yekun qərar yalnız danışıqlar prosesində əldə olunan nəticələr əsasında verilməlidir. Anita Orban qeyd edib ki, danışıqlar başa çatacağı təqdirdə Macarıstanda Ukraynanın Avropa İttifaqına qəbuluna dair referendum keçiriləcək və onun nəticələri məcburi xarakter daşıyacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR