Avropa İttifaqı səviyyəsində Rusiya neftinə embarqo hazırlanır.
APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Fransanın maliyyə naziri Bruno Le Maire deyib.
O bildirib ki, Fransa Prezidenti Emmanuel Makron belə bir addımın atılmasını istəyir.
“Ümid edirəm ki, qarşıdakı həftələrdə avropalı tərəfdaşlarımızı Rusiya neftinin idxalını dayandırmağa inandıracağıq”, - Le Maire əlavə edib.