Bank Of Baku

Makronun parlamenti buraxmağa hazırlaşdığı iddia olunur

Makronun parlamenti buraxmağa hazırlaşdığı iddia olunur
# 15 oktyabr 2025 07:57 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron hökumətə etimadsızlıq votumu qəbul edildiyi təqdirdə parlamenti dərhal buraxacaq.

APA ICI nəşrinə istinadən xəbər verir ki, bu barədə Fransa hökumətinin mətbuat katibi Mod Brejo açıqlama verib.

Parlamentin buraxılmasından sonra ölkədə növbədənkənar seçkilər keçiriləcək ki, bu da mövcud parlament çoxluğunun dəyişməsinə səbəb ola bilər.

Səbastyen Lekornu hökumətinə qarşı narazılıq onun adı ilə əlaqələndirilən pensiya islahatı layihəsi ilə bağlıdır.

Fransız sosialistləri hökumətdən bu layihədən imtina edilməsini tələb edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR