Bank Of Baku

Marin Le Pen partiyasının hakimiyyəti ələ almağa hazır olduğunu deyib

Marin Le Pen partiyasının hakimiyyəti ələ almağa hazır olduğunu deyib
# 10 iyun 2024 03:46 (UTC +04:00)

Marin Le Pen Fransa Milli Assambleyasının buraxılmasından sonra partiyasının dövləti idarə etməyə hazır olduğunu bildirib.

APA xəbər verir ki, parlament fraksiyasının rəhbəri Marin Le Pen rəhbəri olduğu "Milli Birlik" partiyasının ölkə vətəndaşlarının ona etimad göstərəcəyi təqdirdə dövləti idarə etməyə hazır olduğunu deyib.

“Biz yeni seçkilərə hazırıq. Əgər xalqımız bizə etimad göstərərsə, Fransada hakimiyyəti ələ almağa da hazırıq” – deyə Le Pen bildirib.

O, həmçinin, Fransa prezidenti Emmanuel Makronun Milli Assambleyanı buraxmaq qərarını yalnız alqışlaya biləcəyini deyib.

Qeyd edək ki, "Milli Birlik" partiyası Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə 31,8 faiz səs toplayıb. Prezidentin İntibah Partiyasını isə seçicilərin cəmi 15,2 faizi dəstəkləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR