Bank Of Baku

Məhkəmə general Mladiçin ömürlük həbsini təsdiqləyib

Ratko Mladiç

© APA | Ratko Mladiç

# 08 iyun 2021 18:26 (UTC +04:00)

Beynəlxalq Haaqa apelyasiya palatasında serbiyalı general Ratko Mladiçin ömürük həbsi ilə bağlı cinayət işinə baxılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, apelyasiya palatası "Bosniya qəssabı" ləqəbli R. Mladiçin ömürlük həbsini təsdiqləyib.

Palata R.Mladiçin işlədiyi cinayətləri əsas gətirərək əvvəlki məhkəmə qərarını qüvvədə saxlayıb.

Bosniya və Hersoqoviniyada 1992-1955-ci ilərdəki müharibə zamanı yaxınlarını itirənlər məhkəmə prosesini  Srebrenitsadakı xatirə məzarlığı önündə qurulmuş ekran vasitəsilə izləyə biliblər. 

Qeyd edək ki, R.Mladiç 1992-95-ci illərdə Bosniya serblərinin ordusuna komandanlıq edib. O, Bosniya müsəlmanlarına qarşı soyqırımı, bəşəriyyət əleyhinə cinayət və digər cinayətlərdə ittiham olunur. Haqqında 1995-ci ildə həbs qərarı çıxarılan R.Mladiç 16 il gizlənsə də 2011-ci ildə həbs edilib və 2012-ci ildə məhkəmə prosesi başlayıb. 2017-ci ilin noyabrın 22-də Haaqa məhkəməsinin qərarı ilə R.Mladiç ömürlük həbs cəzasına məhkum olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR