Paşha Bank
Bank Of Baku

Merz Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün danışıqlar apardığını bildirib

Merz Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün danışıqlar apardığını bildirib
# 29 sentyabr 2026 22:57 (UTC +04:00)

Almaniya kansleri Fridrix Merz ölkəsinin tərəfdaşları ilə Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün əlavə tədarüklərlə bağlı danışıqlar apardığını bildirib.

APA xəbər verir ki, Merz bunu Berlində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, oktyabrın 15-16-da Brüsseldə keçiriləcək Avropa Şurasının növbəti iclasına hazırlıq çərçivəsində Ukraynaya gələcək yardım, o cümlədən ölkə büdcəsinə konkret maliyyə dəstəyi müzakirə olunur.

“Dünyanın bir sıra dövlət və hökumət başçıları ilə şəxsi danışıqlarım zamanı Ukraynanın hava hücumundan müdafiəsi üçün müvafiq tədarüklərin təşkilinə kömək etməyə çalışıram. Hazırda ən zəif nöqtə budur”, – deyə Merts bildirib.

Almaniya kansleri qarşıdakı qışın Ukrayna üçün “çox ağır” ola biləcəyini qeyd edib.

Merts əlavə edib ki, Ukrayna ətrafındakı vəziyyət onun Tokayevlə görüşündə də müzakirə olunub. Kanslerin sözlərinə görə, danışıqlarda Almaniyanın mövqeyini açıqlayıb və Berlinin Kiyevə dəstəyini davam etdirəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR