Bank Of Baku

Miçotakis F-35 barədə Tramp və Ərdoğanın açıqlamalarını şərh etməyib

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis

© APA | Yunanıstanın Baş naziri Kiryakos Miçotakis

# 08 iyul 2026 11:42 (UTC +04:00)

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis F-35 məsələsi ilə bağlı ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını şərh etməkdən imtina edib.

APA-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, Miçotakis ittifaqların əsas prinsiplərə və yaxşı qonşuluq münasibətlərinə söykənməli olduğunu vurğulayıb.

“Bütün NATO müttəfiqlərinin həssaslıqları nəzərə alınmalıdır. Problemlərin böyük əksəriyyətinin yalnız yaxşı qonşuluq anlayışı ilə həll oluna biləcəyinə inanırıq”, – deyə o bildirib.

Baş nazir Ankara ilə münasibətlərə də toxunaraq, “Ankaraya səfər etmək hər zaman xoşdur”, - deyə qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR